Almaniyada bir sutkada təxminən 1400 koronavirusa yoluxma faktı qeydə alınıb

Almaniyada bir sutkada təxminən 1400 koronavirusa yoluxma faktı qeydə alınıb
# 15 mart 2020 21:15 (UTC +04:00)

Almaniyada təsdiqlənmiş koronavirusa yoluxma halları 5627-yə çatıb.

APA xəbər verir ki, bu barədə yerli “Focus Online” nəşri yazıb.

Bundan bir gün əvvəl 4233 yoluxma və 8 ölüm faktının qeydə alındığı bildirilmişdi. Eyni zamanda, rəsmi olaraq Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Robert Kox İnstitutunun məlumatına görə, şənbə günü ölkədə 3795 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Ölkədə ən çox yoluxmanın olduğu region yenə də Şimali Reyn – Vestfaliyadır, burada 2,1 min virus daşıyıcısı var. Bavariyada təxminən 900, Baden-Vürtemberqdə isə 827 nəfər koronavirusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR