"American Airlines"a məxsus "Boeing 737 MAX" təyyarəsi təcili eniş edib

"American Airlines"a məxsus "Boeing 737 MAX" təyyarəsi təcili eniş edib
# 06 mart 2021 08:20 (UTC +04:00)

“American Airlines” aviaşirkətinə məxsus “Boeing 737 MAX” təyyarəsi ABŞ-ın Nyu-York ştatının “New Jersey” hava limanına təcili eniş edib.

APA Reuters-ə istinadən xəbər verir ki, təcili enişə səbəb təyyarədə baş verən mexaniki nasazlıq olub.

Təyyarənin kapitanı bildirib ki, uçuş zamanı mühərriklərdən biri ilə bağlı qəza xəbərdarlığı alıb.

Lakin buna baxmayaraq, kapitan uğurlu eniş edə bilib.

Qeyd edək ki, “Boeing 737 MAX” təyyarələrində son 6 ayda 2-ci belə hal yaşanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR