Artur Vanetsyan, Qagik Tsarukyan, Eduard Şarmazanov və Ara Saakyan saxlanılıb

Artur Vanetsyan, Qagik Tsarukyan, Eduard Şarmazanov və Ara Saakyan saxlanılıb
  • Clock-gray 01:38
  • calendar-gray 12 Noyabr 2020

Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Rodina” partiyasının lideri Artur Vanetsyan, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan, mətbuat katibi Eduard Şarmazanov və keçmiş vitse-spiker Ara Saakyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

APA “news.am”a istinadən xəbər verir ki, Q.Tsarukyan Ermənistan baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinq başlamazdan əvvəl, E.Şarmazanov və A.Vanetsyan isə mitinqdən sonra saxlanılıb.

Qeyd edək ki, A.Vanetsyan Cinayət Məcəlləsinin 225.1 və 307.1 maddələrinə uyğun olaraq, cinayət törətməkdə şübhəli bilinir.

Xatırladaq ki, ermənistan polisi tərəfindən mitinqdə iştirak edənlərdən 129 etirazçı saxlanılaraq polis bölməsinə gətirilib.

Onlardan 41-nin sərbəst buraxıldığı bildirilib.

Rəşad Sarıyev

Digər xəbərlər