"Ayaks"ın futbolçusu MLS klubu ilə müqavilə imzalayıb

"Ayaks"ın futbolçusu MLS klubu ilə müqavilə imzalayıb
# 21 fevral 2020 02:11 (UTC +04:00)

"Ayaks" daha bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Sim de Yonq Amsterdam klubu ilə vidalaşıb.

31 yaşlı oyunçu karyerasını ABŞ-da davam etdirəcək. Hollandiya millisinin sabiq üzvü "Çinçinnati" ilə müqavilə bağlayıb. O, MLS təmsilçisinə havayı keçib. De Yonqun "Ayaks"la müqavilə müddəti yaya qədər olsa da, hollandlar onu azad agent kimi buraxmağa razılıq veriblər.

Qeyd edək ki, Sim de Yonq "Ayaks"ın heyətində 277 matçda iştirak edib, 88 qol, 52 assistlə yadda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR