Azərbaycan Prezidentinin köməkçisi işğaldan azad edilmiş Cəbrayıl və Füzulu şəhərlərini Hadrutla müqayisə edib

Azərbaycan Prezidentinin köməkçisi işğaldan azad edilmiş Cəbrayıl və Füzulu şəhərlərini Hadrutla müqayisə edib
  • Clock-gray 17:20
  • calendar-gray 19 Oktyabr 2020

“Hadrut qəsəbəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Görə bilərik ki, bütün binalar, mülki obyektlər toxunulmamış haldadır. Amma işğaldan azad edilmiş Fizuli və Cəbrayıl rayonlarından gələn görüntülərə baxsaq, görə bilərik ki, tamamilə dağıdılıb”.

APA-nın məlumatına görə,  bunu bu gün ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, həmin görüntülərə baxmaq çox çətindir: “Baxdığımız videolorda görə bilərik ki, Fizuli şəhərində hətta Azərbaycan bayrağını sancmaq üçün normal bina da tapmaq çətin idi. Bütün bunlar Ermənistanın dağıdıcı siyasətinin nəticəsidir. Bu hal artıq özü-özlüyündə çox gözəl bir nümunədir ki, Ermənistan dinc əhaliyə və tarixə qarşı təcavüz törədir. Amma Azərbaycan Ordusu Hadrut qəsəbəsini işğaldan azad edəndən sonra heç bir binaya toxunmayıb və mülki obyektlər normal vəziyyətdə qalıb”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan legitim hərbi hədəflərə qarşı hücum həyata keçirəndə mümkün qədər dəqiq atəş açmağa çalışır. 

Ramiz Mikayıloğlu

Digər xəbərlər