Azərbaycan neftinin orta qiyməti həftə ərzində 5 faiz artıb

Azərbaycan neftinin orta qiyməti həftə ərzində 5 faiz artıb
# 06 fevral 2021 12:05 (UTC +04:00)

Ötən həftə ərzində (1-5 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 58,91 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,7 dollar və ya 4,8% çoxdur.

"APA-Economics"in məlumatına görə, ötən həftə ərzində ən yüksək göstərici (V gün) – 60,51 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 56,68 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR