Bakı polisi həftə sonu 55 cinayətin üstünü açıb

Bakı polisi həftə sonu 55 cinayətin üstünü açıb
  • Clock-gray 09:32
  • calendar-gray 24 Fevral 2020

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-23-ü tarixlərində 55 cinayətin üstü açılıb. 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Qəsdən sağlamlığa ağır zərər vurma üzrə 2, adam öldürməyə cəhdə görə 1, narkotiklərlə əlaqəli 17, xuliqanlıq üzrə 8, baş verən oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 8 nəfər saxlanılıb.

İtkin düşən kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date