Bakıda silahlı şəxs tutulub

Bakıda silahlı şəxs tutulub
# 17 iyul 2020 12:30 (UTC +04:00)

Bakıda silahlı şəxs saxlanılıb.

APA-nın məlumatına görə, Nəsimi rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1992-ci il təvəllüdlü Elton Məmmədov saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan içərisində 5 ədəd 9 mm-lik patron olan "Makarov" tipli tapança aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR