Barens dənizində gəminin batması nəticəsində itkin düşən 17 nəfərin hamısı ölüb - YENİLƏNİB

Barens dənizində gəminin batması nəticəsində itkin düşən 17 nəfərin hamısı ölüb - YENİLƏNİB
  • Clock-gray 11:01
  • calendar-gray 28 Dekabr 2020

İlkin ehtimala əsasən Barens dənizində gəminin batması nəticəsində itkin düşən 17 nəfərin hamısı ölüb.

APA-nın xəbərinə görə, bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb.

***

09:53

Barens dənizində balıqçıların olduğu "Oneqa" gəmisi batıb. Gəminin göyərtəsində olan 19 nəfərdən ikisi xilas edilib, 17 nəfər itkin düşüb.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasında deyilir.

Hadisə barədə məlumat bu gün səhər saatlarında daxil olub. İlkin məlumata görə, gəmi buzlanma səbəbindən batıb.

"Ekipaj 19 nəfərdir. İki nəfər xilas edilib", - Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Hazırda "Voykovo" gəmisinin heyəti balıqçıların axtarışı ilə məşğuldur, hadisə yerinə əlavə üç gəmi göndərilib.

apa-logo-mini

Digər xəbərlər