Baş Qərargah rəisi Paşinyanın qərarından məhkəməyə şikayət edəcək

Baş Qərargah rəisi Paşinyanın qərarından məhkəməyə şikayət edəcək
# 10 mart 2021 12:56 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan Baş nazir Nikol Paşinyanın onun bu gündən vəzifəsindən azad edilməsi barədə açıqlamasını konstitusiyaya zidd adlandırıb.

APA-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

O qeyd edib ki, məsələ ilə bağlı məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, N. Paşinyanın adından yayılan açıqlamada bildirilib ki, Ermənistan Prezidenti bu məsələ ilə əlaqədar Baş nazir tərəfindən təqdim olunan fərman layihəsini imzalamadığı və qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etmədiyi üçün O. Qasparyan 10 mart tarixindən etibarən vəzifəsindən azad edilmiş sayılır.

Xatırladaq ki, Ermənistanda daxili siyasi böhran fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb etdikdən sonra daha da pisləşib. N. Paşinyan bunu çevriliş cəhdi kimi qiymətləndirib və Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb. Lakin Ermənistan Prezidenti Armen Sarkisyan bu sənədi imzalamayıb və Baş nazirlik aparatına geri qaytarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR