Belarus DİN Minskdəki etiraz aksiyalarına münasibət bildirib - YENİLƏNİB

Belarus DİN Minskdəki etiraz aksiyalarına münasibət bildirib - YENİLƏNİB
# 10 avqust 2020 06:20 (UTC +04:00)

“İnternet resurslarında Belarusda icazəsiz etiraz aksiyaları zamanı baş verənlər barədə yalnış məlumatlar yayılır”.

APA-nın xəbərinə görə, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova RİA Novosti-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, internetdə yazılanların çoxu həqiqətə uyğun deyil.

DİN sözçüsü bildirib ki, bazar günündən bəri operativ qərargah yaradılıb və hazırda bütün proseslər izlənilir, məlumatlar toplanılır: “Yaxın vaxtlarda hüquq-mühafizə orqanları baş verənlər barədə rəsmi məlumat verəcək”.

Qeyd edək ki, avqustun 9-da Belarusda Prezident seçkiləri keçirilib. Belarus Mərkəzi Seçki Komissiyasının ilkin açıqlamasına görə, hazırkı prezident Aleksandr Lukaşenko rəqiblərini üstələyərək səslərin əksəriyyətini qazanıb.

Xatırladaq ki, prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dmitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.

***

02:42

Belarus Mərkəzi Seçki Komissiyanın Prezident seçkilərinin ilkin nəticələrini elan etdikdən sonra paytaxt Minskdə və ölkənin müxtəlif bölgələrində etirazlar başlayıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, paytaxtın Maşerov prospektinə etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Minskin mərkəzində bir neçə partlayışın olduğu bildirilir. İlkin məlumatlara görə, Starozxovskaya küçəsinə hərbçilərlə dolu 20-yə yaxın maşın gəlib.

Nümayişçilərə qarşı gözyaşardıcı qazlardan istifadə olunub.

Bundan əlavə, Minskdə helikopterlərin havaya qaldırıldığı deyilir. Şəhərin müxtəlif yerlərində icazəsiz aksiyalar davam edir.

Polis Minsk mərkəzində aksiyaların keçirildiyi yerlərə nəqliyyatın hərəkətini məhdudlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR