Belarus Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 9-da keçirilmiş prezident seçkiləri ilə bağlı yekun nəticələri açıqlayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, prezident seçkilərində hazırkı prezidenti Aleksandr Lukaşenko səslərin 80,1%-ni toplayıb.
Belarus Prezidentinin əsas rəqibi Svetlana Tixanovskyanın isə 10,12% səs topladığı açıqlanıb.