Belarus hökuməti istefaya göndərilib

Belarus hökuməti istefaya göndərilib
# 03 iyun 2020 20:32 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko hazırkı hökumətin tərkibinin istefaya göndərilməsi barədə qərar verib.

APA xəbər verir ki, bu barədə “Belarus 1” telekanalı məlumat yayıb.

Belarus Nazirlər Şurasına 2018-ci ildən etibarən Sergey Rumas rəhbərlik edir. Bundan bir müddət əvvəl Prezident Lukaşenko avqustun 9-na təyin olunan prezident seçkisindən əvvəl yeni hökumət hazırlamaq haqqında planlarını açıqlamışdı. Bununla yanaşı, o, Nazirlər Şurasının hazırkı üzvlərinin böyük əksəriyyətinin vəzifələrində qalacağını bildirmişdi.

Hökümətin yeni tərkibi ilə bağlı təkliflər artıq Belarus rəhbərinə təqdim edilib. Eyni zamanda, Belarus Prezidenti qeyd edib ki, hökumətin tərkibini dəyişdirərkən inqilab olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR