Belarus prezidenti hökumətin yeni tərkibini təsdiqləyib

Belarus prezidenti hökumətin yeni tərkibini təsdiqləyib
# 05 iyun 2020 05:20 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin yeni tərkibini təsdiqləyib.

APA vesti.ru-ya istinadən xəbər verir ki, müvafiq sənəd ölkənin rəsmi internet portalında yerləşdirilib.

Sənədə əsasən, yeni hökumət üzvlərinin əksəriyyəti əvvəlki tərkibdə vəzifələr tutub.

Lukaşenkonun bir çox nazirliklərin rəhbərlərini dəyişmədiyi bildirilir:

- Xarici İşlər naziri Vladimir Makey;

- Milli Təhlükəsizlik naziri Valeri Vakulçik;

- Müdafiə naziri Viktor Xrenin;

- Energetika naziri Viktor Karankeviç.

Qeyd edək ki, bundan əvvəl Belarus prezidenti ölkənin yeni Baş nazirini təyin etmişdi. Yeni Baş nazir əvvəllər Dövlət Hərbi-Sənaye Komitəsinin rəhbəri vəzifəsində çalışan Roman Qolovçenkodur.

Xatırladaq ki, avqustun 9-da Belarusda Prezident seçkiləri keçiriləcək. 1994-cü ildən bəri Lukaşenko ölkəyə rəhbərlik edir. Hazırda prezidentliyə namizədlər sırasında Aleksandr Qriqoryeviç də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR