Belarusda koronavirusa yoluxma üzrə rekord qeydə alınıb

Belarusda koronavirusa yoluxma üzrə rekord qeydə alınıb
# 12 dekabr 2020 15:00 (UTC +04:00)

Belarusda son sutkada 1 975 nəfər insan yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Bu, sutka ərzində qeydə alınan ən yüksək göstəricidir. Bundan öncəki rekord göstərici dekabrın 11-də qeydə alınmışdı – 1 967 nəfər.

APA-nın məlumatına görə, bu barədə Belarus Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, ümumiyyətlə, indiyədək ölkədə 158 334 nəfər koronavirusa yoluxub.

"Son sutka ərzində 1 992 nəfər, ümumiyyətlə isə 135 922 nəfər sağalıb. Virusdan ölənlərin ümumi sayı 1 254-ə çatıb", - açıqlamada deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR