Belarusda kütləvi iğtişaşlarla bağlı cinayət işi başlanıb

Belarusda kütləvi iğtişaşlarla bağlı cinayət işi başlanıb
# 10 avqust 2020 09:25 (UTC +04:00)

Belarusda prezident seçkilərindən sonra baş verən kütləvi iğtişaşlarla bağlı cinayət işi başlanıb.

APA-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, Belarus Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini elan etdikdən sonra paytaxt Minskdə və ölkənin müxtəlif bölgələrində etirazlar başlayıb.

Avqustun 9-da Belarusda Prezident seçkiləri keçirilib. Belarus Mərkəzi Seçki Komissiyasının ilkin açıqlamasına görə, hazırkı prezident Aleksandr Lukaşenko rəqiblərini üstələyərək bütün ölkə üzrə səslərin əksəriyyətini qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR