Belarusda psixiatrik dispanserdə baş verən yanğında 2 nəfər ölüb

Belarusda psixiatrik dispanserdə baş verən yanğında 2 nəfər ölüb
# 12 dekabr 2019 15:46 (UTC +04:00)

Belarusun Qrodno şəhərində yerləşən psixiatrik dispanserdə yanğın baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərdə, yanğında 2 nəfər pasient ölüb.

Əraziyə cəlb edilən yanğınsöndürənlər yanğının yayılmasının qarşısını ala biliblər.

Hazırda Belarus Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisənin başvermə səbəblərini araşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR