Belarusda yol qəzasında bir maşında olan 6 nəfər ölüb

Belarusda yol qəzasında bir maşında olan 6 nəfər ölüb
# 18 may 2020 07:16 (UTC +04:00)

Belarusun Minsk əyalətindən keçən M1 magistral yolunda ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində bir avtomobildə olan altı nəfərin öldüyü bildirilib.

İlkin məlumata görə, “Renault” markalı maşın qarşıdakı zolağa çıxaraq "Geely" markalı avtomobillə, daha sonra digər nəqliyyat vasitələri ilə toqquşub. “Renault”da olan altı nəfər hadisə yerində ölüb.

Hadisə yerinə yol polisi, həkimlər və xilasedicilər cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR