Ermənistanda COVID-19-dan ölənlərin sayı 936-ya çatıb

Ermənistanda COVID-19-dan ölənlərin sayı 936-ya çatıb
# 21 sentyabr 2020 10:36 (UTC +04:00)

Ermənistanda son sutka ərzində 121 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 47552-yə çatıb.

Son sutkada virusdan daha 6 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 936-ya çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR