Çexiya Serj Sarkisyanın axtarışda olan qardaşı oğlunu Ermənistana təhvil verəcək

Çexiya Serj Sarkisyanın axtarışda olan qardaşı oğlunu Ermənistana təhvil verəcək
  • Clock-gray 16:04
  • calendar-gray 10 Dekabr 2019

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan Çexiyadan Ermənistana ekstradisiya ediləcək.

APA-nın aysor.am saytına istinadən verdiyi xəbərə görə, Ermənistan baş prokurorluğu N. Sarkisyanın Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı Çexiyaya müraciət edib.

Çexiyanın aidiyyəti qurumları Ermənistan baş prokurorluğunun müraciətinə baxaraq qərar qəbul edib. Qərara əsasən, N. Sarkisyan Ermənistana təhvil verəcək.

Xatırladaq ki, beynəlxalq axtarışa verilən N. Sarkisyanın dekabrın 6-da Praqada olduğu müəyyən olunub. O, saxta Qvatemala pasportu ilə “Franklin Qonzalez” adı altında gizlənib.

N. Sarkisyan narkotik ticarətində və qanunsuz silah saxlamaqda ittiham olunur.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date