Cozef Baydenə canlı yayımda koronavirus əleyhinə peyvənd vurulub - VİDEO

Cozef Baydenə canlı yayımda koronavirus əleyhinə peyvənd vurulub - VİDEO
# 22 dekabr 2020 01:16 (UTC +04:00)

ABŞ-ın yeni seçilmiş prezident Cozef Baydenə “Pfizer və BioNTech”in istehsalı olan koronavirus əleyhinə peyvənd vurulub.

APA-nın məlumatına görə, C.Baydenin peyvəndlənməsi CBSN TV kanalı vasitəsilə canlı yayımlanıb.

Kanalın “Twitter” səhifəsində qeyd edilib ki, Baydenin bu addımı ABŞ vətəndaşlarını peyvəndin təhlükəsizliyinə inandırmaq məqsədi daşıyır.

Yeni seçilmiş prezidentdən bir neçə saat əvvəl isə onun həyat yoldaşı Jill Baydenə də peyvənd vurulub.

Qeyd edək ki, ABŞ-ın hazırkı Prezidenti Donald Tramp həkimlərinin tövsiyəsindən sonra peyvəndlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR