Dağıstanda çirklənmiş sudan zəhərlənənlərin sayı 70-i ötüb - YENİLƏNİB

Dağıstanda çirklənmiş sudan zəhərlənənlərin sayı 70-i ötüb - YENİLƏNİB
  • Clock-gray 12:29
  • calendar-gray 13 Yanvar 2021

Dağıstanda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı 71 nəfərə çatıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, zəhərlənənlərdən 61 nəfəri uşaqdır.

Bildirilib ki, kütləvi zəhərlənmə çirklənmiş sudan baş verib.

Faktla bağlı cinayət işi başlanıb. 

***

saat 02:16

Dağıstanda 50-dən çox uşaq zəhərlənmə diaqnozu ilə Buynaksk şəhər xəstəxanasına yerləşdirilib.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Regional idarəsi məlumat yayıb.

Bildirilib ki, uşaqlar 13-2 yaş aralığındadır. Uşaqların vəziyyəti həkimlər tərəfindən orta dərəcədə qiymətləndirilib. Onlarda hərarət və ürək bulanması müşahidə edilir. 

Hazırda zəhərlənmənin səbəbləri müəyyənləşdirilir, müxtəlif bağırsaq infeksiyaları üçün testlər aparılıb. 

Dağıstanın Səhiyyə naziri vəzifəsini icra edən Tatyana Belyaeva da xəstəxanaya gəlib. 

 

apa-logo-mini

Digər xəbərlər