Dağıstanda güclü qar uçqun olub, 9 yaşayış məntəqəsi ilə əlaqə kəsilib

Dağıstanda güclü qar uçqun olub, 9 yaşayış məntəqəsi ilə əlaqə kəsilib
# 22 mart 2021 06:11 (UTC +04:00)

Dağıstanın Rutulski rayonunda güclü qar uçqunu olub.

APA Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə 9 yaşayış məntəqəsinə gedən yollar bağlanıb.

Qeyd edilib ki, ərazidəki 779 mənzillərdə 976-sı uşaq olmaqla 3 899 sakin məskunlaşıb. İtki və ya dağıntıların olmadığı bildirilib. Hava şəraiti ilə əlaqədar olaraq əlaqə yollarının bərpasına səhər saat 08:00-da başlanılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR