Dağıstanda terror aktı törətməyi planlaşdıran şəxs məhv edilib

Dağıstanda terror aktı törətməyi planlaşdıran şəxs məhv edilib
  • Clock-gray 13:46
  • calendar-gray 11 Mart 2021

Dağıstanın paytaxtı Mahaçqala şəhərində terror aktı törətməyi planlaşdıran silahlı şəxs zərərsizləşdirilib.  

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu gün Dağıstan Respublikasında terror aktına hazırlığın qarşısını almaq məqsədi ilə əks-terror əməliyyatı keçirilib.

Müqavimət göstərən silahlı şəxs öldürülüb. Baxış zamanı onun üzərindən avtomat və əldəqayırma “ölüm kəməri” aşkarlanıb.

Fərid Əkbərov

Digər xəbərlər