Daşkənddə metro tikintisi zamanı baş vermiş sürüşmə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb

Daşkənddə metro tikintisi zamanı baş vermiş sürüşmə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb
# 19 dekabr 2019 02:46 (UTC +04:00)

Özbəkistanın paytaxtında metro xətlərindən birinin tikintisi zamanı meydana gələn sürüşmə nəticəsində torpaq qatı altında qalan daha iki nəfərin cəsədi çıxarılıb. Bununla da ölənlərin sayı dörd nəfərə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Daşkənd administrasiyasının nümayəndəsi bildirib.

Qeyd edək ki, ölkənin Fövqəladə Hallar Nazirliyi dekabrın 18-də Bakı vaxtı ilə saat 09.00 radələrində Daşkənddəki Yunusabad metrosunda uzun müddətli yağış suları nəticəsində 250 kubmetr torpaq qatının çökməsi barədə məlumat yaymışdı. Həmin vaxt dağıntılar altından iki işçinin cəsədi çıxarılmışdı.

Ölənlərdən üçünün şəxsiyyəti müəyyən edilib, dördüncü işçinin şəxsiyyəti hazırda dəqiqləşdirilir.

Özbəkistanın Ədliyyə Nazirliyi özünün “Telegram” kanalında bildirib ki, insidentin səbəblərinin araşdırılması və zərərçəkmişlərin ailələrinə yardım göstərilməsi üçün hökumət komissiyası yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR