"Diplomatiya könüllüləri" Memorial Soyqırımı Muzeyinə baş çəkib - FOTO

"Diplomatiya könüllüləri" Memorial Soyqırımı Muzeyinə baş çəkib - FOTO
  • Clock-gray 21:26
  • calendar-gray 24 Fevral 2020

 

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq elan olunmuş "Könüllülər ili" çərçivəsində Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan "Xocalı soyqırımı" barədə məlumatlılığın artırılması, Xocalıda törədilən qətliama dair sənədlərlə tanışlıq və Xocalıda baş verənlərin soyqırımı aktı olmasının hüquqi bazasına yiyələnmək məqsədilə bu ilin 24 fevral tarixində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən "Diplomatiya könüllüləri" qrupunun üzvlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırımı Muzeyinə səfəri baş tutub.

APA XİN-in Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, muzeydə “Diplomatiya könüllüləri” Xocalı soyqırımı ilə bağlı sənədlər, tibbi-ekspertiza rəyləri ilə tanış olaraq hadisələrə hüquqi çərçivədən baxmaq imkanı qazanıblar. Eksponatlarla tanışlıqdan sonra Xocalı soyqırımının canlı şahidlərinin dilindən hadisələrin təsvir edildiyi video nümayiş olunub.

Sonda “Diplomatiya könüllüləri” muzeyin Xatirə kitabında təəsüratlarını yazmış və bu kimi səfərlərin gənclərimizin öz tarixinə olan bağlılığının artırılması və vətənpərvər Azərbaycan gəncliyinin formalaşması istiqamətində mühüm rol oynadığını qeyd ediblər.

 

apa-logo-mini

Digər xəbərlər