Dövlət katibi: “Vaqner”in döyüşçüləri Belarusda terror aktları törətməyə hazırlaşıblar"

Dövlət katibi: “Vaqner”in döyüşçüləri Belarusda terror aktları törətməyə hazırlaşıblar"
# 30 iyul 2020 11:07 (UTC +04:00)

Belarusda saxlanılan Rusiyanın “Vaqner” qrupunun döyüşçüləri ölkədə terror aktları törətməyə hazırlaşıblar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov bildirib.

O qeyd edib ki, faktla bağlı cinayət işi başlanılıb.

Xatırladaq ki, ötən gün Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Sonradan məlum olub ki, döyüşçülər Rusiyanın "Vaqner" özəl hərbi qrupunun üzvləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR