Duma Rusiya Konstitusiyasında dəyişikliklərlə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

Duma Rusiya Konstitusiyasında dəyişikliklərlə bağlı qanun layihəsini I oxunuşda qəbul edib
  • Clock-gray 16:03
  • calendar-gray 23 Yanvar 2020

Bu gün Rusiya Dövlət Dumasının plenar iclası keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, iclasda Prezident Vladimir Putinin təqdimatına əsasən, Rusiya Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsinə baxılıb.

Dövlət Duması Rusiya Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib.

Konstitusiyaya dəyişikliklər əsasən aşağıdakılardan ibarətdir:

Dövlət qulluqçularının (Baş Nazir, nazirlər və qubernatorlar daxil olmaqla) xarici vətəndaşlığı və yaşayış üçün icazəsi olmamalıdır;

Prezidentliyə namizədlər üçün tələblər sərtləşdirilir. Belə ki, prezidentliyə namizəd azı 25 il Rusiyada yaşamalı və heç vaxt başqa ölkənin vətəndaşı olmamalıdır;

Bir şəxs iki dəfədən artıq prezident seçilə bilməz;

Baş Nazir və onun müavinlərinin, nazirlərin təyin olunması Dövlət Dumasına etibar edilir;

Federasiya Şurasına yeni səlahiyyətlər verilir. Prezident güc strukturlarına rəhbər şəxsləri parlamentin yuxarı palatası ilə razılaşdırmalıdır və digər dəyişikliklər V. Putin tərəfindən Dövlət Dumasına daxil olan qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, ölkə parlamenti qanun layihəsini qəbul etdikdən sonra sənəd ümumxalq səsverməsinə çıxarılacaq.

Fərid Əkbərov

Digər xəbərlər