Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib
  • Clock-gray 10:42
  • calendar-gray 19 Dekabr 2020

 Dekabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,41% – 30,179.05 bəndədək, S&P 500 indeksi 0,35% – 3,709.41 bəndədək, Nasdaq indeksi isə 0,07% – 12,755.64 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında dekabrın 18-də FTSE 100 indeksi 0,33% – 6,529.18 bəndədək, Fransa CAC-40 indeksi 0,39% – 5,527.84 bəndədək, Almaniya DAX indeksi isə 0,27% – 13,630.51 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% azalaraq 1 888,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,09% azalaraq 1,2257 dollar təşkil edib.

Emil İsmayılov

Digər xəbərlər