Edvard Snoudenə Rusiyada müddətsiz yaşamaq icazəsi verilib

Edvard Snoudenə Rusiyada müddətsiz yaşamaq icazəsi verilib
  • Clock-gray 15:54
  • calendar-gray 22 Oktyabr 2020

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snoudenə Rusiyada müddətsiz yaşamaq icazəsi verilib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” E. Snoudenin vəkili Anatoli Kuçerena istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya Federasiyasının qanunvericiliyi E. Snoudenə ölkədə müddətsiz yaşamaq icazəsinin verilməsini mümkün edir.

Vəkil qeyd edib ki, müddətsiz yaşamaq icazəsinin verilməsi proseduru yeni növ koronavirus (COVID-19) infeksiyası səbəbindən uzansa da, indi müsbət cavab alınıb.

A. Kuçerena vurğulayıb ki, E. Snoudenin səhhəti qaydasındadır.

Xatırladaq ki, E. Snouden ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə aid məxfi sənədləri mətbuata sızdırıb. O, 2013-cü ildə ABŞ-dan qaçaraq Rusiyada müvəqqəti sığınacaq alıb.

apa-logo-mini

Digər xəbərlər