Exit-poll: Lukaşenko 79,7% səslə Prezident seçkilərində qalibdir

Exit-poll: Lukaşenko 79,7% səslə Prezident seçkilərində qalibdir
  • Clock-gray 21:10
  • calendar-gray 09 Avqust 2020

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenko bu gün Belarusda keçirilən Prezident seçkilərində 79,7% səslə qalib gəlib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə exit-poll-un nəticələri əsasında “MİR” telekanalı məlumat yayıb. 

"Belta.by" xəbər portalında dərc edilmiş xəbərdə əlavə olunub ki, eksitoplun nəticələrinə görə, digər namizədlər - Svetlana Tixanovskaya 6,8%, Anna Kanopatskaya 2,3%, Andrey Dmitriyev 1,1%, Sergey Çereçnya 0.9% səs toplayıb.

Qeyd edək ki, Belarusda prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.

Rəşad Sarıyev

Digər xəbərlər