Ermənilərin Rusiyada “Ararat” şərabının saxtalaşdıraraq şotland viskisi kimi satışı qadağan edilib

Ermənilərin Rusiyada “Ararat” şərabının saxtalaşdıraraq şotland viskisi kimi satışı qadağan edilib
# 20 mart 2021 08:20 (UTC +04:00)

“FAS Russia” Ermənistanın “Ararat” adı ilə Rusiya bazarlarında satışına qadağa qoyub.

APA TASS-a istinadən xəbər verir ki, buna səbəb ermənilərin şərab şüşəsinin üzərində Şotlandiya istehsalı olan “MacIngal” brendinə oxşar etiketin yapışdırılmasıdır.

Bildirilib ki, ermənilərin bu saxtakarlığı istehlakçıların aldadılmasına xidmət edir. Etiketdə məhsulun mənşəyinin Şotlandiya olduğu təəssüratını yaradan fonda milli şotland kostyumunda adam təsvir edilib.

Qeyd edilib ki, bu, bazarda sağlam rəqabətə kölgə salır: “Haqsız rəqabət inhisar əleyhinə qanunvericiliyin pozulmasıdır. Bu səbəbdən “Ararat” şərabını istehsal edən ASC-yə antimonopoliya pozuntusu əlamətləri olan hərəkətlərə xitam verilməsinin zəruriliyi barədə xəbərdarlıq edirik. “MacIngal” brendinə bənzər etiketlər vurulmuş şərabların satışının dayandırılmasını tələb edirik”.

Əlavə edilib ki, xəbərdarlıq bir ay ərzində icra olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR