Ermənistan "Avroviziya-2021" müsabiqəsində iştirak etməyəcək

Ermənistan "Avroviziya-2021" müsabiqəsində iştirak etməyəcək
# 05 mart 2021 15:00 (UTC +04:00)
Ermənistan bu il "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsində iştirak etməyəcək.
APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb.
"Baş verən hadisələr, vaxt azlığı və digər obyektiv səbəblər Ermənistanın mahnı müsabiqəsində layiqincə təmsil olunmasına imkan vermir", - deyə məlumatda bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR