Ermənistan Baş Qərargah rəisinin müavini barəsində cinayət işi açılıb

Ermənistan Baş Qərargah rəisinin müavini barəsində cinayət işi açılıb
  • Clock-gray 15:37
  • calendar-gray 09 Mart 2021

Ermənistan Silahlı Qüvvələrinin Hərbi Hazırlıq İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini general-leytenant Andranik Makaryan barəsində cinayət işi açılıb.

APA-nın "armenpress.am"a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi bildirib.

İstintaq məlumatlarının məxfiliyi baxımından cinayət işinin və ittihamın məzmunu haqqında əlavə məlumat verilməyib. 

Mətbuat katibi əlavə edib ki, tədqiqat İstintaq Komitəsinin hərbi müstəntiqləri tərəfindən aparılır. 

Zümrüd Paşkin

Digər xəbərlər