Ermənistan Daxili Qoşunlarının komandir müavini istefa verib

Ermənistan Daxili Qoşunlarının komandir müavini istefa verib
# 22 dekabr 2020 15:40 (UTC +04:00)

Ermənistan Polisinin Daxili Qoşunlarının komandir müavini, polkovnik Samvel Akopyan istefa verib.

APA-nın məlumatına görə, S. Akopyan hakimiyyət orqanlarının müxalifətin etiraz aksiyaları fonunda qanunsuz əmrlər verməsini əsas gətirərək istefa ərizəsi yazıb.

Qeyd edək ki, Ermənistanda xeyli müddətdir kütləvi etiraz aksiyaları keçirilir.

Müxalifətin təşkilatçılığı ilə keçirilən aksiyalarda Baş nazir Nikol Paşinyanın istefası tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR