Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinə ittiham irəli sürülüb

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinə ittiham irəli sürülüb
  • Clock-gray 22:15
  • calendar-gray 15 Noyabr 2020

“Baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaqda günahlandırılan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan cinayət məcəlləsinin iki maddəsi ilə ittiham olunur”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin vəkili Yervand Varosyan “Facebook” hesabında yazıb.

Vəkilin sözlərinə görə, istintaq Vanetsyanın tutulmasının qanunsuz olduğunu başa düşərək, ona qarşı tələsik “hakimiyyətin qəsb edilməsinə hazırlıq”, “bir qrup şəxs tərəfindən əvvəlcədən sui-qəsd yolu ilə törədilmiş bir dövlət, siyasi və ya ictimai xadimin öldürülməsinə hazırlıq” maddələri üzrə ittiham irəli sürüb. 

O əlavə edib ki, Vanetsyan absurd ittihamla razılaşmayıb.

Rəşad Sarıyev

Digər xəbərlər