Ermənistan Müdafiə Nazirliyinin sözçüsü vəzifəsindən ayrılıb

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü vəzifəsindən ayrılıb
# 12 noyabr 2020 20:37 (UTC +04:00)

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan vəzifəsindən istefa verib.

APA xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində açıqlama yayıb.

O, müharibə dövründə səhvlərinin olduğunu məyusluqla bildirərək, fəaliyyətinin istiqamətini bundan sonra qiymətləndirəcəyini deyib: “Müharibəmi necə apardığımı, vaxtımı və peşəkarlarımı qiymətləndirəcəyəm. Hər kəs səhv edir. Cəbhə bölgəsindən gələn məlumatlar Ermənistan Baş Qərargahı “Dağlıq Qarabağ Respublikası”nın Müdafiə Ordusu tərəfindən verilən məlumatlara əsaslanırdı. Qazanacağımıza əmin idim, çünki yoldaşlarımın döyüşdüyünü gördüm. 9 noyabrdan bu postdakı fəaliyyətimi dayandırıram”.

O bundan sonra elmi sahədə çalışacağını və siyasətlə məşğul olmayacağını, həyatını gənc nəslin təhsili və tərbiyəsinə həsr edəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR