Ermənistan Prezidenti Nikol Paşinyanla görüşüb

Ermənistan Prezidenti Nikol Paşinyanla görüşüb
  • Clock-gray 12:44
  • calendar-gray 12 Noyabr 2020

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanla görüşüb.

APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, görüş bu gün səhər baş tutub.

“Bu gün səhər Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanla görüşüb. Tərəflər ölkədə yaranmış situasiyanı müzakirə ediblər”, - deyə Ermənistan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.  

Bundan əvvəl Ermənistan Prezidenti parlament və parlamentdənkənar siyasi qüvvələrlə məsləhətləşmələr aparıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağa dair bəyanat imzalanmasından sonra Ermənistanda vəziyyət gərginləşib. Bəzi siyasi qüvvələr Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar keçirirlər.

Qanunsuz aksiyalara görə, 10-a yaxın müxalifət lideri saxlanılıb.

apa-logo-mini

Digər xəbərlər