Ermənistan XİN başçısı bu gün Moskvada Lavrovla görüşəcək

Ermənistan XİN başçısı bu gün Moskvada Lavrovla görüşəcək
# 17 fevral 2021 14:32 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Moskvaya səfər edib.

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib.

Onun sözlərinə görə, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündə əsas iki məsələ gündəlikdə olacaq. Belə ki, nazirlər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə qəbul olunmuş üçtərəfli bəyanatlarının reallaşdırılmasını və erməni hərbi əsirlərin geri qaytarılmasını müzakirə edəcəklər.

A. Naqdalyan qeyd edib ki, nazirlər regional kommunikasiya və nəqliyyat xətlərinin bərpası barədə də fikir mübadiləsi aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR