Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb

Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb
  • Clock-gray 17:53
  • calendar-gray 19 Yanvar 2021

Ermənistan Milli Təhlükəsizlik Xidməti iş adamı David Qalstyan barəsində cinayət işi başlayıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, D. Qalstyan Ermənistan Müdafiə Nazirliyinin bir qrup əməkdaşı ilə birgə böyük miqyasda büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur.

Bildirilib ki, bu vəsait müdafiə satınalmaları üçün ayrılıb.

D. Qaltsyan silah ticarəti sahəsində ixtisaslaşmış bir neçə şirkətə sahibdir. Bu şirkətlər Ermənistan ordusunun əsas silah təchizatçılarından biridir. O, İrəvanda "Kalaşnikov" avtomatlarını yığan "Neutron" QHT-nin sahibdir. 

Ümumilikdə, vəzifə səlahiyyətlərindən sui-istifadə, xidmət səhlənkarlığı və xüsusilə böyük miqdarda vəsait mənimsənilməsi ilə bağlı Müdafiə Nazirliyi və Baş Qərargahın bir neçə rəsmisi barəsində dörd cinayət işi başlanılıb.

Zümrüd Paşkin

Digər xəbərlər