Ermənistan prezidenti tibbi müayinədən sonra işinə qayıdıb

Ermənistan prezidenti tibbi müayinədən sonra işinə qayıdıb
# 12 mart 2021 20:40 (UTC +04:00)

Ermənistan prezidenti Armen Sarkisyan tibbi müayinədən sonra öz işinin başına keçib.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə prezidentin ofisindən bildirilib. Onun COVID-19 əlamətləri səbəbindən xəstəxanaya yerləşdirildiyi deyilirdi.

“Ermənistan prezidenti Armen Sarkisyan bu gün tibb mərkəzində müayinədən keçib. Prezident artıq testdən keçib və adi işinə qayıdıb”, - məlumatda belə deyilir.

Qeyd edək ki, Rusiya xəbər agentlikləri prezidentin ofisinə istinad edərək 67 yaşlı Sarkisyanın COVID-19 əlamətləri ilə müalicə olunduğunu bildirmişdi. “Interfax” xəbər agentliyi isə yerli mətbuata istinadən prezidentin ürək problemlərinin olması barədə xəbər vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR