Ermənistanda yetkinlik yaşına çatmayanlar arasında yeni koronavirus (COVID-19) infeksiyasına 270 yoluxma halı qeydə alınıb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan bildirib.
O qeyd edib ki, Ermənistanda 23 hamilə, habelə 375 nəfər tibb işçisi koronavirusa yoluxub.