Ermənistanda COVID-19-a yoluxanların sayı 168 300 nəfərə çatıb

Ermənistanda COVID-19-a yoluxanların sayı 168 300 nəfərə çatıb
# 09 fevral 2021 10:56 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 123 yoluxma halı qeydə alınıb, 3 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 168 300 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 3126 nəfərə çatıb.

Ermənistanda 160 169 nəfər xəstəlikdən sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR