Ermənistanda COVID-19-a yoluxanların sayı 38 mini ötüb

Ermənistanda COVID-19-a yoluxanların sayı 38 mini ötüb
# 30 iyul 2020 10:51 (UTC +04:00)

Ermənistanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 38 196 nəfərə çatıb.

APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 259 nəfər koronavirusa yoluxub.

Ermənistanda son sutka ərzində koronavirusa yoluxan 5 nəfər ölüb, bununla da COVID-19-dan ölənlərin sayı 728 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 28 366 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR