Ermənistanda COVID-19-a yoluxanların sayı 45 969-a çatıb

Ermənistanda COVID-19-a yoluxanların sayı 45 969-a çatıb
# 14 sentyabr 2020 10:46 (UTC +04:00)

Ermənistanda son sutka ərzində 107 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 45 969-a çatıb.

Son sutkada virusdan daha 3 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 919-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR