Ermənistanda COVID-19-a yoluxanların sayı yüz mini, xəstəlikdən ölənlərin sayı isə 1500-ü ötüb

Ermənistanda COVID-19-a yoluxanların sayı yüz mini, xəstəlikdən ölənlərin sayı isə 1500-ü ötüb
  • Clock-gray 11:03
  • calendar-gray 06 Noyabr 2020

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 210 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda COVID-19-a yoluxanların sayı 101 773 nəfərə çatıb.

Ermənistanda koronavirusdan ölənlərin sayı 1 506 nəfər, xəstəlikdən sağalanların sayı isə 61 782 nəfərdir.

apa-logo-mini

Digər xəbərlər