Ermənistanda COVID-19-dan ölənlərin sayı 2823 nəfərə çatıb

Ermənistanda COVID-19-dan ölənlərin sayı 2823 nəfərə çatıb
# 31 dekabr 2020 10:57 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 531 yoluxma halı qeydə alınıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 16 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2823 nəfərə çatıb.

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 159 409, xəstəlikdən sağalanların sayı isə 142 801nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR