Ermənistanda COVID-19-dan ölənlərin sayı 3056 nəfərə çatıb

Ermənistanda COVID-19-dan ölənlərin sayı 3056 nəfərə çatıb
  • Clock-gray 11:02
  • calendar-gray 27 Yanvar 2021

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 195 yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 166 427, ölənlərin sayı isə 3056 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 156 053 nəfərin sağaldığı bildirilir.

apa-logo-mini

Digər xəbərlər