Ermənistanda COVID-19-dan ölənlərin sayı 3150 nəfərə çatıb

Ermənistanda COVID-19-dan ölənlərin sayı 3150 nəfərə çatıb
# 16 fevral 2021 11:03 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 136 yoluxma halı qeydə alınıb, 3 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 169 391, xəstəlikdən ölənlərin sayı isə 3150 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR