Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilib

Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilib
  • Clock-gray 18:45
  • calendar-gray 11 Dekabr 2020

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilib.

APA-nın Ermənistan kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, aksiyalar bu gün də həm paytaxt İrəvanda, həm də müxtəlif regionlarda davam edib.

Vanadzor-Alaverdi magistral yolunu bağlayan nümayişçilər N. Paşinyanı xəyanətkar adlandıraraq “Nikolsuz Ermənistan” şüarları səsləndiriblər.

İrəvan-Sevan yolunu bağlayan nümayişçilər isə polisin yolu açmaq tələbinə qulaq asmadıqları üçün polis bölməsinə aparılıblar. 

Bölgələrlə yanaşı, İrəvanda da nümayişçilər etiraz aksiyaları keçiriblər. Müxalifətin “Ləyaqət yürüşü” adı altında təşkil etdiyi mitinqdə Baş nazirin istefasını tələb edən etirazçılar Fransa meydanına toplaşaraq “Nikol xaindir” və “Nikolsuz Ermənistan” şüarları səsləndiriblər. Mitinqdə polis qüvvələri ilə toqquşma yaşanıb. İrəvan polis xidmətinin sözçüsü bildirib ki, 37 nəfər saxlanılıb.

Toqquşma zamanı bir etirazçının və bir polis əməkdaşının yaralandığı bildirilib. Yaralıllar xəstəxanaya yerləşdiriliblər.

apa-logo-mini

Digər xəbərlər